Əmtəə bazarlarında qızıl ucuzlaşıb

23 Dekabr 2024 10:29 (UTC+04:00)

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fevral fyuçerslərinin qiyməti 0,11% azalaraq 2 642,2 ABŞ dollarına bərabər olub. SİA birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə mart fyuçerslərinin qiyməti də 0,77% artaraq 30,19 ABŞ dollarına bərabər olub.