Ceyhun Bayramov Serbiyaya gedib

23 Dekabr 2024 08:17 (UTC+04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Serbiya Respublikasının Səfirlər Konfransında çıxışı, habelə xarici işlər naziri Marko Curiç və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.