...Əsir düşən rus əsgərləri Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak edən Şimali Koreya hərbçilərindən narazıdırlar.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Müdafiə Qüvvələrindəki mənbələrə istinadən məlumat yayıb.
Deməli, əsir düşən rus əsgərlərindən biri koreyalıların cəsarətli, amma ehtiyatsız davranışlarından danışıb.
Onun dediyinə görə, Şimali Koreya hərbçiləri ruslardan ayrı saxlanılır və onlara təlimlər də ayrı keçilir.
Hərbi əsir deyir ki, koreyalı əsgərlərdə “nəzəriyyə azdır, amma praktikaları çoxdur”.
...İkinci dəfə onları cəbhədə, döyüşərkən gördüm. Onların arasında çoxlu ölü və yaralılar var idi. Amma etiraf edilməlidir ki, onlar həyasız adamlardır, adi əsgərin əlindən pulemyotu asanlıqla götürə bilirlər.
Bunu deyən rusiyalı əsir, döyüşə əvvəlcə koreyalı əsgərlərin, ardınca isə onların, yəni rus əsgərlərinin göndərildiklərini etiraf edib.
Rusun sözlərinə görə, koreyalıların mövqeyə keçərkən ruslara atəş açması halı olub. Başqa bir epizodda Şimali Koreya əsgəri “qardaşlarını” ayaqlarından vurub.
…Mən bilirəm ki, onları yaxşı yedirirlər. Əgər onlara hisə verilmiş kolbasa verirlərsə, bizim yediyimiz ancaq qarabaşaq sıyığı olub. Bəli, onlar hər şeylə təmin olunublar, bütün döyüş sursatı, müxtəlif silahları var, hamısının “on ikinci” Kalaşı, tüfəngləri, pulemyotları var, amma bizdə ancaq AK-47-lərdir..
Bunu da əsir rus bildirib.
…Digər rusiyalı isə Şimali Koreya əsgərləri ilə ilk dəfə Kursk vilayətindəki poliqonunda görüşdüyünü bildirib. Onun sözlərinə görə, orada 700-ə yaxın koreyalı olub. O, da Şimali Koreya əsgərlərinin silahlarla qeyri-ciddi davranması ilə bağlı dediklərini təsdiqləyib və əlavə edib ki, məşq poliqonunda Şimali Koreyalılardan biri həmyerlilərinin ayaqlarından atəş açmışdı, digər halda isə güllə təlimatçının mədəsini deşmişdi.
…Ruslar yenə də dil baryerindən və Şimali Koreya əsgərləri ilə anlaşılmazlıqdan şikayətlənirlər.
Əli Babayev