ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukraynada sülh yolu ilə nizamlanma üzrə razılaşmaya kömək edə bilər. SİA-nın məlumatına görə, bu barədə CNN telekanalında Vaşinqton administrasiyası rəhbərinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Onun sözlərinə görə, Tramp Ukraynaya hərbi yardımdan narahatdır, lakin eyni zamanda “ABŞ üçün yaxşı saziş” bağlamaq istəyir.
Sallivan izah edib ki, onun təsir rıçaqları əldə edəcəyi bir vəziyyət Amerika tərəfi üçün faydalı olacaq - belə təsir vasitəsi Kiyevə hərbi yardım olacaq.
Sallivan hesab edir ki, Tramp Rusiyaya eyham vurmalıdır ki, Moskva ədalətli razılaşmaya razılaşana qədər Ukraynanı dəstəkləməyə davam edəcək.
Dekabrın əvvəlində Tramp bildirmişdi ki, Ukrayna gələn il yanvarın 20-də işə başlayacaq yeni ABŞ prezident administrasiyası çərçivəsində mövcud həcmlərdə yardım gözləməməlidir.
Eyni zamanda, o, Ukraynadakı münaqişənin sona çatmasına tam təminat verə bilməyəcəyini vurğulayıb.
Əli Babayev