Nigeriyada yoxsullara ərzaq paylama mərkəzlərində şənbə günü baş verən iki izdiham nəticəsində ölənlərin ümumi sayı 32-yə çatıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ölkənin cənubundakı Okija qəsəbəsində ərzaq paylanarkən yaranan izdihamda əvvəlcə 22 nəfərin öldüyü bildirilmişdi. Eyni gündə paytaxt Abucada Holy Trinity kilsəsinin qarşısında da yemək paylanarkən yaranmış izdihamda isə dördü uşaq olmaqla ən azı 10 nəfərin öldüyü xəbər verilmişdi.
Artıq bu, bir həftə ərzində baş vermiş üçüncü belə hadisədir. Belə ki, bundan əvvəl, Nigeriyanın cənub-qərbindəki Oyo ştatının İbadan şəhərində məktəb yarmarkasında yaranan izdiham nəticəsində azı 35 uşağın həlak olduğu bildirilmişdi.
Nigeriya Prezidenti Bola Tinubu baş vermis faciə ilə əlaqədar olaraq Laqosa səfərini təxirə salıb.