Amerikalı iş adamı İlon Mask amerikalı məmurların əqli qabiliyyətlərinin yoxlanılmasını təklif edib.
SİA-nın məlumatına görə, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.
81 yaşlı konqresmen Kay Qrencerin küçədə itdikdən sonra demensiyadan əziyyət çəkən insanlar üçün qocalar evinə düşməsi xəbərinə sahibkar belə reaksiya verib.
Bu səbəbdən o, altı aya yaxındır ki, işə çıxmayıb. Adı açıqlanmayan bir seçici Dallas Express-ə Qrencer haqqında məlumat verib.
...Bəlkə seçilmiş məmurlar üçün bir növ əsas koqnitiv test tətbiq etməliyik?
Bunu Mask sual edib.
O əlavə edib ki, vəziyyət çılğınlaşır. Onun dinlənilib-dinlənməyəcəyi bilinmir, lakin onun şərhi bir çox internet istifadəçisi tərəfindən dəstəklənib.
Əli Babayev