ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Vladimir Zelenskiyə mesaj ünvanlayıb. SİA-nın məlumatına görə, bu barədə El Pais yazıb.
Gələcək Amerika lideri Zelenskini sülh danışıqları, atəşkəs və Rusiyanın nəzarətində olan ərazilərin tərk edilməsi barədə düşünməyə çağırıb.
Tramp Ukraynanın şəhərləri “əsasən dağıdılmış” torpaqları əldə etmək istəyini səhv başa düşdüyünü bildirib.
Qeyd edək ki, Tramp bir müddət əvvəl Zelenskinin Ukrayna münaqişəsinə son qoymağa hazırlaşmalı olduğunu bildirib.
O bildirib ki, itkilərin dayandırılması üçün razılıq əldə edilməlidir.
Bundan başqa, Tramp əlavə edib ki, Rusiya müqavilənin digər tərəfi olmalıdır.
Bir neçə gün əvvəl ABŞ-ın seçilmiş prezidenti Ukrayna münaqişəsi ilə bağlı sülh razılaşması əldə etmək niyyətində olduğunu bəyan edib.
Amerikalı siyasətçi bəyan edib ki, ABŞ-ın Kiyevə dəstəyindən Moskvaya “təzyiq rıçaqı” kimi istifadə edəcək.
Əli Babayev