...Sollers ST6 pikapında istifadə edilən 136 at gücünə malik dizel mühərriki tezliklə UAZ avtomobillərində görünəcək. SİA-nın məlumatına görə, bunu “Za rulem” avtomobil eksperti Aleksandr Vinoqradov bildirir.
O qeyd edib ki, mühərrikin gücü nisbətən kiçik olsa da, o, 320 Nm əla fırlanma anı ilə tam kompensasiya olunur ki, bu da böyük pikap üçün kifayət qədər uyğundur.
Turbodizel istehsalı prosesi silindr başlığının yerli alüminiumdan emal edilməsini və tökülməsini nəzərdə tutur. Mühərrik istehsalı Tatarıstanın Elabuqa şəhərində təşkil edilir.
...Daha əvvəl bildirilmişdi ki, Ulyanovsk Avtomobil Zavodu 2025-ci ildə yolsuzluq avtomobilləri seriyasını yeniləməyi planlaşdırır.
Həmçinin gələn ilin dördüncü rübündə UAZ Patriot yolsuzluq avtomobili yeni 6 pilləli mexaniki transmissiya alacaq.
“Za rulem” yazır ki, gələcəkdə bu model istehsalçısı hələ dəqiqləşdirilməmiş avtomatik transmissiyaya sahib olacaq.
Nazlı Almuradova