...Arizona Universitetindən (ABŞ) tibb üzrə fəlsəfə doktoru Xeşam A. Sadekin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu süni ürəyi olan xəstələrdə ürək əzələsinin fəaliyyətini tədqiq ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Knife yazır.
Süni ürək qanı pompalamağa kömək edən sol mədəciyin köməkçi cihazıdır. Mütəxəssislər süni ürəyi olan insanlarda əzələ hüceyrələrinin sağlam insanlardan altı dəfə tez bərpa olunduğunu müəyyən ediblər.
Xeşam Sadek, “...bu, insan ürək əzələ hüceyrələrinin həqiqətən yenilənə biləcəyinə dair ən inandırıcı sübutdur və həqiqətən təsir edicidir- deyib.
İndi Sadek süni ürəkləri olan xəstələrin yalnız 25 faizində niyə bərpa prosesinin başladığını öyrənməyi planlaşdırır. Alimlər həmçinin hüceyrə bölünməsində iştirak edən molekulyar proseslərə necə təsir göstərməyi öyrənməyi planlaşdırırlar.
Nazlı Almuradova