Ərdoğan Suriyaya gedəcək

22 Dekabr 2024 11:40 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir. SİA xəbər verir ki, bunu Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.

O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.

Burhan Koroğlunun sözlərinə görə, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini açıqlayıb. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.