Azərbaycan millisinin cüdoçusu Uşanqi Kokaurinin (+100 kq) çıxış etdiyi Gürcüstanın “Zolotoy Qori” klubu Çempionlar Liqasında bürünc medal qazanıb. SİA-nın məlumatına görə, yarış Fransanın Monpelye şəhərində təşkil olunub.
Kokaurinin yer aldığı kollektiv qarışıq komanda yarışında üçüncü yeri tutub.
Qeyd edək ki, Fransanın PSJ klubu qızıl medal əldə edib.