...Rusiyalı stomatoloq diş minasına və diş ətinə zərər verməmək üçün naringi nə vaxt yemək lazım olduğunu söylədi.
Naringilərdə qan damarlarının divarlarını gücləndirən, diş ətinin qanaxma riskini azaldan, yaraların sağalmasını sürətləndirən, diş əti toxumasının sağlamlığını qoruyan kollageni sintez edən çoxlu C vitamini var.
Antioksidantlar iltihabın öhdəsindən gəlməyə kömək edir və gingivit eləcə də periodontit inkişafının qarşısını alır. Bundan əlavə, naringilər immunitet sisteminə dəstək rolunu oynayır. SİA-nın məlumatına görə, bunu doktorpiter.ru yazır.
Meyvələrin bütün faydalı xüsusiyyətlərinə baxmayaraq, zərərliləri də var.
Turşular ağızdakı pH səviyyəsini aşağı salır və minanı daha həssas edir.
Meyvə şəkəri bakteriyaların böyüməsini stimullaşdırır ki, bu da minaya zərər verir. Naringilərin turşuları və lifləri iltihab və kiçik yaralar zamanı ağız boşluğunun vəziyyətini ağırlaşdırır.
Yuxarıda göstərilənlərin hamısını nəzərə alaraq, əsas yemək zamanı naringi yemək daha yaxşıdır, bu, ağız boşluğunda turşuların konsentrasiyasını azaltmağa kömək edəcəkdir.
Nazlı Almuradova