Şimali Koreya qoşunları Kreml üçün problemə çevrilib

22 Dekabr 2024 00:56 (UTC+04:00)

...Şimali Koreya lideri Kim Çen In Ukraynaya qarşı müharibəyə kömək etmək üçün rusiyalı həmkarına 11 min nəfərlik qoşun köndərib.

Təbii ki, bu məqam Moskva ilə Pxenyan arasında əlaqələri gücləndirməli idi, amma, deyilənlərə görə, əksinə, çox böyük problemlərə çevrilməkdədir.

SİA-nın məlumatına görə, bu barədə “The Telegraph” nəşrinin məqaləsində deyilir.

...Deməli, Şimali Koreya əsgərləri Rusiyanın Kursk vilayətində döyüşlərdə iştirak ediblər. Amma onların cəbhənin bu sektorunda dönüş nöqtəsinə çevriləcəyinə dair Kremlin ümidlərini doğrultmayıblar. Belə ki, onlar tam məğlubiyyətlə “top yemi”nə çevriliblər.

...Putin və Kim Çen In arasındakı münasibətlər bu həftə Şimali Koreya qoşunlarının döyüş meydanında itkiləri ilə bağlı ilk dəlillər ortaya çıxanda qana bulaşıb. 11 minlik Şimali Koreya qüvvələri Rusiya qüvvələrini gücləndirmək əvəzinə, hər iki tərəf üçün ciddi problemlər yaradıblar. Müasir müharibədə təcrübəsi olmayan Şimali Koreya əsgərləri yüksək itkilərlə üzləşirlər. Onların 100-dən çoxu artıq ölüb, 1000-ə yaxını isə yaralanıb.

Bu məqalədə deyilir.

...Qeyd edək ki, rusların Şimali Koreya qoşunları ilə qarşılıqlı əlaqədə qarşılaşdıqları ilk və ən mühüm problemlərdən biri dil baryeri olub.

Anlaşılmazlıq hadisələri Şimali Koreyalıların döyüşməsinə icazə verilməzdən əvvəl münaqişələrə və ilk itkilərə səbəb olub.

Maraqlıdır ki, çətinliklərə baxmayaraq, Pxenyanın ruslara kömək üçün əlavə əsgər qrupları göndərmək niyyətində olduğu bildirilir.

Kim Çen In onların hərbi əməliyyatlara hazırlığına şəxsən nəzarət edir. Lakin Şimali Koreyalıların Rusiya ordusuna inteqrasiyası böyük çətinliklərlə baş verir.

Deyilənlərə görə, Rusiya Silahlı Qüvvələrinin komandirləri Şimali Koreya əsgərləri ilə işləmək istəmir və resurslara əlavə yük olmasından şikayətlənirlər.

Rusiyanın öz qüvvələrini gücləndirmək əvəzinə Şimali Koreya qoşunlarından istifadə etmək cəhdi yeni çətinliklərlə nəticələnib.

Əli Babayev