Suriyanın şimalında 5 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyi bildirilib.
SİA xəbər verir ki, Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verlib: "Türkiyə Silahlı Qüvvələri terror təşkilatlarına qarşı qabaqlayıcı tədbirlər görməyə davam edir. Əsgərlərimiz Suriyanın şimalında hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terroru mənbəyində məhv etmək mövzusunda qətiyyətliyik''.