PMS imtahanının ikinci mərhələsi keçirilib

21 Dekabr 2024 14:51 (UTC+04:00)

Dekabrın 21-də Dövlət İmtahan Mərkəzi peşəkar mühasib sertifikatı (PMS) imtahanının ikinci mərhələsini (qanunvericilik üzrə) keçirib. Mərkəzdən SİA-ya bildirilib ki, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvanda 9 binada təşkil olunub. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 25 imtahan rəhbəri, 195 nəzarətçi, 31 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün imtahanın nəticələri yaxın 6 həftə ərzində elan olunacaq.