Sumqayıtda zavodda baş verən yanğın söndürülüb

21 Dekabr 2024 13:50 (UTC+04:00)

Sumqayıtda zavodda baş verən yanğın söndürülüb. SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.