Gürcüstan parlamentinin Azərbaycan Milli Məclisi ilə dostluq qrupunun üzvləri gələn həftə Azərbaycana səfər edəcəklər. SİA xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin komitə sədri İrakli Kadaqişvili məlumat verib.
Onun sözlərinə görə, səfərdə məqsəd iki ölkə arasındakı münasibətləri dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında hərtərəfli şəkildə daha da inkişaf etdirməkdir.
Gürcüstan parlament nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşlər keçirəcəklər.
“Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir. Hər iki ölkənin deputatları beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edirlər” - deyə, Kadaqişvili vurğulayıb.