Yaxud “söyüş blogerləri”nin siyasətdən “2” aldıqları anlar
Ermənilər düşmən kimi çox cılız və fərsizdirlər. Bunu tarix də sübut edib. Neçə müharibə apardıqlarını, hansında qalib gəldiklərini kimsə xatırlamır. Çünki tarixin səhifələrində bu barədə bircə cümlə belə yoxdur. Amma yalançı tarix kitablarında bu barədə kifayət qədər “məlumatlar” var. Bəli, uydurma, utopik “Böyük Ermənistan” haqqında qalaq-qalaq kitablar yazılıb. Məhz bu yalançı mənbələrdən istifadə edib üstümüzə gələnlər sırasında təkçə milliyyətcə erməni olanlar deyil, öz işimizdə olan, qiyafəsi, dərisi azərbaycanlı, içi, geni erməni olanlar erməni mahnılarına züy tutaraq Azərbaycanın, azərbaycanlıların, Azərbaycan Ordusunun heç bir işə yaramadığını boğazları quruya-quruya, udquna-udquna söyləyir, erməni köləsi olaraq dil-boğaza qoymurlar.
Əldə etdiyimiz videoda özünü “mühacir bloger” adlandıran, əslində isə erməni köləsi olan bir sürü naqisin Azərbaycan və onun ordusu haqqımızda dediklərinə diqqət edin. Özünü “əsl vətənpərvər” adlandıran, erməni sevdalısı olduğunu dəfələrlə sübut edən Tural Sadıqlının Qarabağda vaxtilə yaradılmış və Ordumuzun apardığı təmizləmə əməliyyatı nəticəsində tarixin hisli-paslı küncündə itib-batmış qondarma “dqr” haqqında necə ürəkdolusu danışması, İqbal Məmmədov adlı söyüş torbasının Azərbaycan ordusunun bir rayonu azad edəcəyi təqdirdə qulağını kəsəcəyinə “kişi” sözü verməsi, dədələrinin qəbri 29 il erməni tapdağı altında qalan Altay Göyüşovun “Azərbaycan ordusu müharibə aparmaq iqtidarında deyil” fikri nəyi özündə etiva edir. Belə görünür ki, bu zatı qırıq ordumuza güvənmir, üstəlik də erməni əsgərlərini qəhrəmanlaşdırır. Bəs digərləri nə deyir?
Bunu bilmək istəyirsinizsə videonu izləməyi unutmayın: