Alman kişilər Ukraynaya görə hərbi xidmətdən imtina edirlər

21 Dekabr 2024 00:36 (UTC+04:00)

Almaniyada kişilər Ukraynaya göndəriləcəkləri qorxusuna görə orduda xidmət etməkdən imtina edirlər.

SİA-nın məlumatına görə, bunu “Bild” xəbər verir.

Qeyd edilməlidir ki, burada söhbət həm fəal hərbi qulluqçulardan, həm də ehtiyatda olan hərbçilərdən gedir.

Deməli, 2022-ci ilin əvvəlindən Almaniyada orduda xidmət etməkdən qəti şəkildə imtina edən kişilərin sayı xeyli artıb. Bu barədə dekabrın 20-də “Bild” qəzeti özünün araşdırma məlumatlarına əsaslanaraq yazıb.

...Bundesver problemdədir! Yoldaşları ondan qaçırlar! Müdafiə naziri Boris Pistoriusun nümayəndəsi təsdiq edir ki, təkcə bu il (31 oktyabr 2024-cü ilə qədər) 2468 nəfər hərbi xidmətdən imtina etmək istəyib.

Bunu nəşr iddia edir.

Statistika göstərir ki, ötən ildən fərqli olaraq, imtinaların sayı 50 faiz artıb.

2021-ci ilin göstəriciləri ilə müqayisə etsək, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl onların sayı 11 dəfə artıb.

İmtinaların həm Bundesverin fəal əsgərlərindən, həm də ehtiyatda olan hərbçilərdən gəldiyi bildirilir.

Əsas səbəb onların Ukraynada cəbhəyə göndərilməsi ehtimalı ilə bağlı qorxudur.

Hələ may ayında Almaniya Müdafiə Nazirliyi məcburi hərbi xidmətə qayıtmaq üçün üç variant təklif etmişdi.

Müdafiə naziri Boris Pistoriusun təklif etdiyi kimi, birinci ssenari mövcud könüllü xidmət sisteminin genişləndirilməsini nəzərdə tutur. Plana əsasən, yetkin Almaniya vətəndaşları daha çox könüllü cəlb etmək üçün Bundesver haqqında məlumat materialları alacaqlar.

Ötən ilin aprelində Almaniyanın Ehtiyatçılar İttifaqının rəhbəri Patrik Zensburq qeyd etmişdi ki, alman ehtiyat qoşunları ağır vəziyyətdədir və hazırda onlara verilən tapşırıqların öhdəsindən gələ bilmirlər.

Əli Babayev