İspaniyalı hücumçusu Mark Giu birinci olub

20 Dekabr 2024 18:58 (UTC+04:00)

UEFA Konfrans Liqasının əsas mərhələsində ən çox qol vuran futbolçu bəlli olub.

SİA xəbər verir ki, İngiltərənin “Çelsi” komandasının ispaniyalı hücumçusu Mark Giu birinci olub. O, meydana çıxdığı 6 oyunda 6 qolla yadda qalıb.

On doqquz yaşlı forvardı komanda yoldaşı Kristofer Nkunku izləyir. Fransalı futbolçunun aktivində 5 qol var.