Böyük Britaniyanın Baş naziri Kiyr Starmer Suriyadakı vəziyyətin mürəkkəb və çox sürətlə dəyişdiyini, lakin Türkiyənin bölgədə mühüm rol oynadığını bildirib.
Kiyr Starmer, müxtəlif parlament komitələrinin sədrlərindən ibarət olan Əlaqə Komitəsində daxili və xarici siyasət mövzularında sualları cavablandırıb. O, 8 dekabrda BƏƏS rejiminin devrilməsinin bir çoxları tərəfindən gözlənilmədiyini qeyd edərək ölkədəki hadisələrin çox sürətlə baş verdiyini vurğulayıb.
"Bəşər Əsədin devrilməsi yaxşı bir şeydir" deyən Starmer Suriyada qurulacaq yeni sistem haqqında indidən fikir bildirməyin səhv olacağını əlavə edib. Baş nazir bölgə ölkələri və qlobal nümayəndələrlə olanları müzakirə etdiklərini bildirərək "Gələcəkdə yaxşı bir sistemin qurulmasını necə təmin edə biləcəyimizi danışırıq. Buna sahədə apardığımız görüşlər də daxildir. Detalları açıqlamaq istəmirəm, amma anlayacaqsınız ki, qurulacaq rejimin beynəlxalq hüquqa uyğun, insan hüquqlarını, mülki vətəndaşları, azlıqları və qadınları qoruyan bir rejim olduğundan əmin olmalıyıq" deyə vurğulayıb.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Türkiyənin Suriyadakı roluna dair açıqlamaları ilə bağlı suallara cavabında Starmer bunları deyib: "Türkiyənin rolu əlbəttə ki, mühümdür. Görüşlərimizdə bunu da müzakirə etdik. Ancaq vəziyyət çox mürəkkəbdir və sürətlə dəyişir. Şəxsən hər şeyin bir ölkəyə və ya digərinə bağlı olduğunu söyləyə bilmərəm. Hadisələr çox sürətlidir. Türkiyə burada mühüm bir parçadırmı? Bəli, şübhəsiz."