İraqın şimalında aşkar edilən separatçı terror təşkilatı PKK-nın 11 üzvü həyata keçirilən hava əməliyyatı nəticəsində zərərsizləşdirilib.
SİA-nın məlumatına görə,Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirilən hava əməliyyatı nəticəsində 11 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. Nazirlik bəyanatında, harada olurlarsa olsunlar, terror təşkilatlarına qarşı mübarizənin sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edəcəyini vurğulayıb.