...Süni ağacların və yolka bəzəklərinin istehsalında, insanın reproduktiv, endokrin və tənəffüs sistemlərinə zərər verə bilən zərərli maddələr olan polivinilxloriddən tez-tez istifadə olunur.
SİA-nın məlumatına görə, bu barədə rusiyalı həkim Polina Lepilova xəbərdarlıq edib.
Onun sözlərinə görə, zərərli maddələr olan polivinilxloridin tərkibindəki ftalatlar plastikdən qaçaraq məişət tozuna çevrilə bilir, sonradan qida və ya hava vasitəsilə bədənə daxil olur.
Eyni zamanda, zərərli maddələr olan polivinilxlorid ilə işləyərkən insanlar üçün zərərli olan qurğuşun tez-tez istifadə olunur.
Həkim bildirib ki, polietilen və ya polipropilendən hazırlanan süni yolkalar daha təhlükəsizdir, çünki qurğuşun və ya ftalatlarla çirklənmə riski xeyli aşağıdır.
...Və bir də yolkanı heç bir halda radiatorun yanına quraşdırmayın.
Nazlı Almuradova