Azərbaycan Rumıniya ilə bu ölkənin “deepfake” və dezinformasiya ilə mübarizə mexanizmlərini müzakirə edib. SİA Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, müzakirələr, qurumun rəisi general-leytenant İlqar Musayevin Rumıniya Respublikasının İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun rəhbəri Dr. Adrian Viktor Vevera ilə keçirilən görüşdə baş tutub.
Tərəflər həmçinin Beynəlxalq Kiberdiplomatiya Mərkəzinin gələcək fəaliyyəti, rəhbərlər üçün yüksək səviyyəli təlim proqramlarının hazırlanması, NATO-nun Sülh Naminə Elm proqramı tərəfindən təsdiqlənmiş "Cyber Polygon" layihəsi, eləcə də bir sıra birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, ötən ilin aprel ayında XRİTDX ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.