Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib

20 Dekabr 2024 16:43 (UTC+04:00)

Azərbaycan Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. SİA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla M.Əhmədova orden Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə verilib.