602 nəfərin nəşinin qalıqları tapılıb

20 Dekabr 2024 15:43 (UTC+04:00)

İndiyə qədər işğaldan azad edilmiş ərazilərdə 602 nəfərin nəşinin qalıqları tapılıb. SİA xəbər verir ki, bunu Bakıda keçirilən Cenevrə konvensiyalarının 75-ci ildönümünə həsr olunan seminarda Baş Prokurorluğun təqdimatında bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 602 nəfərin nəşinin qalıqları tapılıb, onlardan 120 nəfərin şəxsiyyəti müəyyənləşib.