...İddialara görə, Rusiya Şimali Koreya əsgərlərinə onların guya Rusiya Federasiyasında doğulub boya-başa çatıb sonradan “könüllü olaraq” müharibəyə qatıldıqları barədə saxta hərbi vəsiqələr verir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə evocation.info layihəsinin tədqiqatçıları bildiriblər.
Maraqlıdır ki, bu yaxınlarda Şimali Koreyadan olan döyüşçülərə rusların verdiyi sənədin fotosu əldə edilib.
Deməli, Kursk vilayətində ölmüş Şimali Koreya əsgərlərindən birinin cibindən Tıva Respublikasından olan 13 aprel 1997-ci il təvəllüdlü Kim Kan-Bolat Albertoviçin adına verilmiş Rusiya Silahlı Qüvvələrinə məxsus hərbi bilet tapılıb.
...Yenə də deməli, hərbidə qumbaraatan kimi xidmət edən Kimin Tıvanın Bayan-Tala kəndində anadan olduğu, 2016-cı ildə orta texniki təhsil aldığı, sonradan dam örtüyü ilə bağlı işlədiyi (...bizlərdə buna qırçı deyirlər–A.B.), sonra isə Tıvanın 55-ci dağ piyada briqadasında hərbi xidmətə getdiyi iddia edilir.
...Və “Evocation.info komandası müəyyən edib ki, bu ad və doğum ili olan şəxs yoxdur. Sənəddəki yeganə doğru məlumat sahibinin birinci səhifədəki imzasıdır. Onun sayəsində biz bilirik ki, öldürülən döyüşçünün əsl adı Lee Dae-haekdir. Mesajda belə deyilir.
...Müstəntiqlər sənəddə çoxlu uyğunsuzluqlar, xüsusən də fotoşəkillərin, məcburi qeydlərin, sifariş nömrələrinin, imzaların və möhürlərin olmadığını aşkar ediblər.
...Məsələn, Kim guya 2016-cı ildən xidmət edib, lakin ilk dəfə 2024-cü il oktyabrın 10-da silah, bir gün sonra isə şəxsi nişan (AB-175311) alıb.
Bunu qeyd edən müstəntiqlər əmindirlər ki, Rusiya hərbi komissarları tuvanlar, buryatlar və Rusiyada yaşayan digər millətlərin adı altında KXDR-dən olan döyüşçüləri “leqallaşdırmaq” üçün tələsik minlərlə saxta sənəd veriblər.
Əli Babayev