Milli Məclisin növbəti plenar iclası dekabrın 27-də keçiriləcək

20 Dekabr 2024 13:23 (UTC+04:00)

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası dekabrın 27-də keçiriləcək. SİA xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasının sonunda məlumat verib.

Sədr qeyd edib ki, toplantının gündəliyi haqqında əlavə məlumat veriləcək.