Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 19-da ümumi çəkisi 1,6 kiloqramdan artıq narkotik vasitə, həmçinin 450 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.