“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Müşfiqabad qəsəbəsində təşkil olunan aksiyada nazirliyin nümayəndələri, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin 100 nəfər tələbəsi və ekokönüllülər iştirak ediblər.
Aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Ağacəkmə aksiyasının keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına töhfə vermək, yaşıllıq sahələrinin genişləndirilməsini təmin etmək və gənclərin ekoloji şüurunu artırmaqdır.