Alman-Azərbaycan Xarici Ticarət Palatasına yeni İcraçı direktor

20 Dekabr 2024 11:04 (UTC+04:00)

Narqis Viek Alman-Azərbaycan Xarici Ticarət Palatasının ("AHK Azərbaycan") yeni İcraçı direktoru təyin olunub. SİA Palataya istinadən xəbər verir ki, bununla bağlı qərar qurumun üzvlərinin növbəti ümumi yığıncağında qəbul edilib.

Yığıncaq 80-dən çox biznes nümayəndəsinin iştirakı ilə baş tutub.

"AHK Azərbaycan" 1999-cu ildə təsis olunmuş Alman-Azərbaycan İqtisadi İttifaqının (DAWF) əsasında yaradılıb. Palata 181 üzv şirkətlə Avropanın Azərbaycandakı ən güclü iqtisadi assosiasiyasıdır. Şirkətlər Azərbaycanın iqtisadi və siyasi qərarverici dairələrinin fəaliyyətindən geniş şəkildə inkişaf etmiş AHK şəbəkəsi vasitəsilə faydalana bilər. Üzv şirkətlərin maraqlarını fəal şəkildə təmsil etməklə yanaşı, AHK Azərbaycan şirkətlərə geniş çeşiddə etibarlı biznes xidmətləri göstərir və hüquqi xidmətlər təklif edir.