İsrail ordusu İordan çayının qərb sahilində iki səhra komandirini öldürüb. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. “Tulkarmdakı terror şəbəkəsinin liderlərindən biri olan Tarek Duş, onunla yanaşı, terror şəbəkəsinin mühüm hərbi əməliyyatçısı Dossam Aufi və daha iki terrorçu da məhv edilib”, - deyə məlumatda bildirilir.
Mətbuat xidmətinin məlumatına görə, Duş israillilərə qarşı terror aktları həyata keçirmək məqsədi ilə İran və Livan terrorçuları tərəfindən silahlanmış və maliyyələşdirilən çoxlu terrorçuları öz sıralarına cəlb edib.