Turistik Şərq Ekspresi 23 dekabr 2024-cü ildən etibarən səfərlərə başlayacaq.
SİA-nın məlumatına görə, səfərlər 23 dekabrda paytaxt Ankaradan Qarsa, 2 mart 2025-ci ildə isə Qarsdan Ankaraya həyata keçiriləcək.
Bu mövsümdə Şərq Ekspresinin təxminən 10.500 sərnişinə xidmət göstərməsi gözlənilir.
Turistik səyahət, sərnişinlərə bir çox şəhəri kəşf etmək imkanı verəcək və Anadolunun təbii gözəlliklərini və mədəni dəyərlərini görmək üçün alternativ bir tətil seçimi təqdim edəcək.
Bundan əlavə, 24 səfər həyata keçirəcək Qars-Ərzurum Ekspresi də xidmətə veriləcək. Bu ekspres 18 yanvar - 23 fevral 2025-ci il tarixləri arasında şənbə və bazar günləri fəaliyyət göstərəcək.