Entoni Blinken Suriya məsələsini qiymətləndirib

19 Dekabr 2024 18:14 (UTC+04:00)

ABŞ dövlət katibi Entoni Blinken Suriyada qurulacaq hökumətin məzhəb və ya xarici qüvvələr tərəfindən idarə olunmaması üçün fürsətdən istifadə etməsinin vacibliyini vurğulayıb.

SİA-nın məlumatına görə, Entoni Blinken Nyu-Yorkda ABŞ-ın xarici siyasəti ilə bağlı sualları cavablandırarkən "İndi əsas sual budur ki, Suriya xalqı bu məqamdan istifadə edə bilərmi, ölkəsini daha yaxşı idarə edə bilərmi?" deyə bildirib.

Suriyanın gələcəyi ilə bağlı Entoni Blinken bir neçə gün əvvəl Türkiyə, İordaniya, Misir, Körfəz ölkələri, İraq və Avropadan olan bəzi tərəfdaşları İordaniyada bir araya gətirdiklərini və Suriyanın gələcəyi ilə bağlı bəzi prinsiplər irəli sürdüklərini bildirib.

Suriyadakı müxalif qrupların lideri Heyət Təhrir əş-Şam (HTS) daxil olmaqla yaradılan bütün qruplarla qarşılıqlı əlaqədə olduqlarını qeyd edən Entoni Blinken Suriyanın dağılma riskinin hələ də qaldığını və bunun Suriya xalqı üçün pis nəticələrə səbəb ola biləcəyini qeyd edib.

Entoni Blinken həmçinin İsraillə ''Həmas'' arasında atəşkəsin əldə olunacağına ümid etdiyini və vəzifəsində qalan bir ayını buna nail olmaq üçün istifadə edəcəyini açıqlayıb. O, Qəzzada müharibənin sona çatmasının İsrailin xeyrinə olduğunu və müharibədən sonrakı idarəçiliklə bağlı razılaşmanın zəruriliyini təkrarlayıb.