119 nömrəli uşaq bağçası təmirə bağlandığı üçün müvəqqəti olaraq hündürmərtəbəli binanın altında arendaya çıxmışdılar. İndi binanın arendaya verilən hissəsindən bağçanı çıxardırlar. Bağçanın binası isə hələ də təhvil verilməyib. Valideynlər, müəllimlər şikayət edirlər ki, bağça nə zaman təhvil veriləcək? SİA şikayətlə bağlı Bakı Şəhər Təhsil İdarəsindən cavab alıb.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib: "119 nömrəli uşaq bağçası müvəqqəti yerləşdiyi ünvanda fəaliyyətini davam etdirir. Bağçanın yenidənqurulması və təmiri yekunlaşmaqdadır, yaxın zamanda istifadəyə verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi və şəbəkəsinin genişləndirilməsi baxımından davamlı tədbirlər, sosial inkişafa xidmət edən proqramlar həyata keçirilməkdədir. Bu tədbirlər uşaqların təlim-tərbiyə şəraitinin daha da yaxşılaşdırılmasına xidmət edir".