1.8 milyon nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub - Sahil Babayev

19 Dekabr 2024 11:45 (UTC+04:00)

Azərbaycanda son 6 ildə əmək müqavilələrinin sayında 609 min (50%) artım olub. SİA xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib: "2018-2024-cü illərdə 1,8 milyon nəfər aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Həmin müddətdə 635 min şəxs işlə təmin edilib. Özünüməşğulluq proqramı başlayandan, yəni 2017-ci ildən, növbəti il də daxil olmaqla, proqrama cəlb ediləcək şəxslərin sayı 100 min olacaq".