TƏBİB yaranan fasilələrə aydınlıq gətirib

19 Dekabr 2024 11:26 (UTC+04:00)

Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb. SİA xəbər verir ki, bu barədə TƏBİB-in məlumatında qeyd olunub.

Bildirilib ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.