FHN: Şadlıq evində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

19 Dekabr 2024 10:43 (UTC+04:00)

Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdəki yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.