Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

19 Dekabr 2024 10:12 (UTC+04:00)

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,42 dollar və ya 1,9 faiz artaraq 76,42 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.