Rusiyada sərnişin və yük qatarları toqquşdu - 1 ölü, 27 yaralı var

19 Dekabr 2024 02:02 (UTC+04:00)

Rusiyanın Murmansk vilayətinin Kandalakşa rayonunda yük və sərnişin qatarlarının toqquşması nəticəsində xəsarət alanların sayı 27 nəfərə çatıb. SİA xəbər verir ki, onlardan 5-i uşaqdır. Hadisə nəticəsində bir qadın ölüb.