Bazardan Kalininqrad vilayətindəki balıq fabrikinin istehsal etdiyi “Vətən naminə” (“Za rodinu”) konservi alıb yeyən Yekaterinburq sakinləri tezliklə xəstəxanalıq olublar.
SİA-nın məlumatına görə, bu barədə “Nasha Niva” yazır. Konservi yeyənlərin botulizmə yoluxduğu məlum olub. Rospotrebnadzor xəbər verir ki, onların qanında botulinum toksini aşkar edilib.
Zərərçəkənlərin vəziyyəti ağır kimi qiymətləndirilir.
Zərərçəkənlər bildiriblər ki, yük maşınından satan naməlum kişidən konsev alıblar.
...Və indi onu axtarırlar.
Rospotrebnadzor, həmçinin istehsal tarixi - 13 sentyabr 2024-cü ildə bitən digər sprat qutularınısatanları da axtarır.
...Deyilənlərə görə, oxşar spratlar Belarus mağazalarında da satılır.
Nazlı Almuradova