...Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyitləri ilk olaraq uşaqların babası aşkar edib.
Mənzilin qapısı içəridən bağlı olub.
SİA rus saytlarına istinadən xəbər verir ki, Luqanskda 31 yaşlı qadının və onun iki uşağının meyitlərinin həyat əlaməti olmayan tapılmasından sonra cinayət işi açılıb.
Bu barədə Lenta.ru respublikanın prokurorluğuna istinadən xəbər verir.
...İdarədən verilən məlumata görə, dekabrın 15-də Krasnodon kəndindəki qapalı mənzildə hüquq-mühafizə orqanlarının əməkdaşları qadının, onun 8 yaşlı oğlunun və 6 yaşlı qızının meyitlərini aşkar ediblər.
İlkin məlumata görə, ana öz uşaqlarını öldürüb.
Bununla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi ilə cinayət işi açılıb.
Hazırda zərərçəkənin yaxınları ilə danışıqlar aparılır.
Bundan əvvəl Tula vilayətində qadın yeni doğulmuş uşağın qətlinə görə iki il məcburi əmək cəzasına məhkum edilmişdi.
Bundan əvvəl internetdə Novosibirskdə ana və qızın qətlinin təfərrüatları məlum olub.
Nazlı Almuradova