...Artıq xəbər verildiyi kimi, Sakit okeanın Vanuatu adasında dekabrın 17-də baş vermiş 7,3 bal gücündə zəlzələ nəticəsində 14 nəfər ölüb. Beynəlxalq Qırmızı Xaç Komitəsi dövlət qurumlarına istinadla məlumat yayıb. Dağıdıcı zəlzələ nəticəsində yüzlərlə xəsarət alan var. Hazırda dağıntı olan binalarda, evlərdə axtarış işləri aparılır. Qırmızı Xaç Komitəsindən bölgədə təcili yardım, məskunlaşmağa yer və su kimi həyati əhəmiyyətli ehtiyacların olduğu bildirilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, güclü zəlzələ nəticəsində paytaxt Port Viladakı tikililər, o cümlədən ABŞ və digər səfirliklərin yerləşdiyi binalara ciddi ziyan dəyib. Z
əlzələnin episentri Vanuatunun əsas adası olan Efate sahillərindən təxminən 30 kilometr aralıda, 57 kilometr dərinlikdə yerləşib. Zəlzələdən sonra müxtəlif gücdə bir neçə afterşok baş verib. Sonuncu belə yeraltı təkan (6,1 bal) dekabrın 18-də qeydə alınıb.
İllik Dünya Risk Hesabatına görə Vanuatu zəlzələ, tufan, daşqın və sunami kimi təbii fəlakətlərə ən çox həssas olan ölkələrdəndir.