Siyasi partiyaların seçkilərdə öz namizədləri ilə iştirakını, öz tərəfdarlarını səsverməyə dəvət etmələrini arzulayırıq. SİA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında MSK sədri Məzahir Pənahov deyib.
O qeyd edib ki, seçkilərdə namizədlərin irəli sürülməsində qadınlara üstünlük verilməsi vacibdir.
MSK sədri bildirib ki, bələdiyyə seçkiləri çərçivəsində indiyə kimi 701 müşahidəçi qeydiyyatdan keçib.