Konqoda batmış qayıqda 25 nəfər həlak olub

18 Dekabr 2024 13:10 (UTC+04:00)

Konqo Demokratik Respublikasında Fimi çayında qayığın batması nəticəsində 25 nəfər həyatını itirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, rəsmilər Kinşasa şəhərinin şimal-şərqindəki Fimi çayında içərisində 100-dən çox sərnişinin olduğu qayığın çevrildiyini bildirib.

Aralarında uşaqların da olduğu 25 nəfərin həyatını itirdiyini, onlarla insanın itkin düşdüyünü bildirən səlahiyyətlilər, çayda axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artacağından narahat olduqlarını bildiriblər. Kinşasanın şimal-şərqindəki İnonqo qəsəbəsindən yola düşən qayığın həddindən artıq yüklənmə səbəbindən çevrildiyi güman edilir.