Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı ilə 16 dekabr 2024-cü il tarixində “Təmiz qələbə: Olimpiya ilinə yenidən baxış” mövzusunda beynəlxalq konfrans, 17 dekabr 2024-cü il tarixində isə "Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq" mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, tədbirdə bu sahə üzrə aparıcı xarici və yerli ekspertlər, o cümlədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin sədri, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev iştirak edib.
Belə mühüm tədbirlərin Azərbaycanda keçirilməsi, şübhəsiz ki, ölkəmizdə idmanda təmiz rəqabətin təşviqinə, antidopinq siyasətlərinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın inkişafına əhəmiyyətli töhfə verəcəkdir.