30 yaşlı kişi dəm qazından boğularaq ölüb

18 Dekabr 2024 09:40 (UTC+04:00)

Xaçmazda 30 yaşlı kişi dəm qazından zəhərlənib. SİA xəbər verir ki, 20 Yanvar küçəsində 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən orada olan su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.