Suriyanın Dəra əyalətində devrilmiş lider Bəşər Əsəd rejimi tərəfindən öldürülən mülki vətəndaşlara aid qalıqların olduğu 12-dən çox kütləvi məzarlıq aşkar edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, kütlәvi mәzarlıqlar ölkə daxilində aparılan axtarış və kәşfiyyat işlәri nәticәsindә tapılıb.
Kütləvi məzarlıqların aşkar edilməsi rejimin törətdiyi cinayətlərin miqyasını bir daha ortaya qoyur.