“STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi yekunlaşıb - FOTOLAR

17 Dekabr 2024 14:43 (UTC+04:00)

UNICEF Azərbaycan ilə Elm və Təhsil Nazirliyinin əməkdaşlığı çərçivəsində reallşdırılan “STEAM vasitəsilə yaşıl bacarıqlar” layihəsi yekunlaşıb. Elm və Təhsil Nazirliyindən SİA-ya bildirilib ki, layihə Azərbaycanın müxtəlif bölgələrindən olan 240-dan çox 10-17 yaşlı gəncləri əhatə edib.

Layihə iştirakçılarına Ağdaş, Gəncə, Quba, Lənkəran, Mingəçevir, Şirvan, Şəmkir və Zaqatalada yerləşən STEAM mərkəzlərində iqlim və digər sahələr üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi uşaq və yeniyetmələr arasında iqlim dəyişmələri barədə məlumatlılığı artırmaq və ekotexnoloji bacarıqları inkişaf etdirmək olub.