Azərbaycanda 2 min 8 yüz əkiz doğulub

17 Dekabr 2024 14:34 (UTC+04:00)

Bu ilin yanvar- oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 86 min 274 doğulan körpə qeydə alıb. SİA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin min nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşüb.

Bildirilib ki, doğulanlardan 108-si üçəm və 4-ü isə dördəmdir.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olub.